UEFA Avropa Liqasının Liqa mərhələsində "Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə qalıb.
NUHÇIXAN-ın məlumatına görə, VII turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.
“Əli Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançez (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.
"Qalatasaray" cari mövsüm Avropa Liqasında 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. "Dinamo" isə ilk xalını əldə edərək sonuncu - 36-cı pillədə qərarlaşıb.