"Barselona" Çempionlar Liqasında 10 ildən sonra ardıcıl altı oyunda qələbə qazanıb

A- A A+

İspaniyanın "Barselona" klubu 2015-ci ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl altı oyunda qələbə qazanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Kataloniya təmsilçisi sonuncu dəfə 10 il əvvəl belə seriyaya malik olub.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv altı matçın hər birində üç və daha çox qol vurub. Bu isə ÇL tarixində 3-cü belə seriyadır.

2019/2020 mövsümündə Almaniyanın "Bavariya" klubu məhz Flikin rəhbərliyi altında 6 qarşılaşmanın hər birində üç və daha çox qolla yadda qalıb.

Qitənin bir nömrəli turnirində rekord İngiltərənin "Mançester Siti" komandasına məxsusdur. "Şəhərlilər" Xosep Qvardiolanın rəhbərliyi altında 9 görüşdə 3 və daha çox qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: