Vinisius Junior "Real"da 100 qol vuran ikinci braziliyalı futbolçu olub

A- A A+

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Ronaldo Nazarionun uğurunu təkrarlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

24 yaşlı vinger buna Avstriya təmsilçisi “Zaltsburq”a qarşı Çempionlar Liqasının matçında fərqlənməklə nail olub.

O, Madrid təmsilçisinin heyətində bütün yarışlarda 100-cü qoluna imza ataraq həmyerlisi Ronaldodan (104 qol) sonra bunu bacaran ikinci oyunçu olub.

"Kral klubu"nda ümumilikdə 23 futbolçu 100 qol həddinə çatıb.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyununda “Zaltsburq”u 5:1 hesabı ilə üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: