Türkiyənin “Fənərbağça” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı Dieqo Karlosu transfer edib.
31 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dieqo Karlos son olaraq İngiltərənin “Aston Villa” klubunda çıxıb edib. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 oyunda meydana çıxıb.