Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar - FOTOLAR

A- A A+

Bakı şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iki gün davam edən yarışda paytaxt Bakı, Sumqayıt və regionlar da daxil olmaqla, 10-a yaxın xarici ölkədən, ümumilikdə, 800-dək idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. Turnirdə muxtar respublikadan 1 məşqçi və 7 idmançı iştirak edib.

Naxçıvan təmsilçilərindən 5-i mükafatçılar sırasına düşüb. Fatimə Bağırzadə (36- kq) 10 yaşlılar arasında kumite üzrə qızıl medala sahib çıxıb. Eyni növ və yaş kateqoriyasında çıxış edən Xəyyam Məmmədli (42+ kq) və Damla Tağızadə (32- kq) bürünc medal qazanıblar. Gülər Hüseynova isə (61+ kq) 14-15 yaşlıların arasında bürünc medal əldə edib. Yaşı 16-dan yuxarı olan idmançıların kata yarışında çıxış edən Ulduz Hümbətzadənin qazandığı medalın da əyarı bürünc olub. Beləliklə, turnirdə çıxış edən Naxçıvan karateçiləri 1 qızıl və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, 65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə üçüncü olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: