Şahmat “Paris-2024” Olimpiadasının proqramına salına bilər

A- A A+

Şahmatın 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarının proqramına salınması ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iyunun 24-dən 26-dək Lozannada keçiriləcək sessiyasında qəbul edilə bilər.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Şahmat Federasiyası bununla bağlı ərizə ilə Olimpiadanın Təşkilat Komitəsinə müraciət edib. Təşkilat Komitəsi ərizəni dəstəkləsə bununla bağlı sənədlər BOK-a göndəriləcək.

Qeyd edək ki, şahmat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınsa da indiyədək heç zaman Olimpiya Oyunlarının proqramında olmayıb.

Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunlarına Paris ev sahibliyi edəcək. İyulun 26-dan avqustun 11-dək Olimpiya, avqustun 28-dən sentyabrın 8-dək isə Paralimpiya Oyunları keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: