Azərbaycanın futzal millisinin Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacağı oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
NUHÇIXAN Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət olunub.
Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.