"Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib

A- A A+

Türkiyənin "Qalatasaray" klubu ingiltərəli futbolçu Kayl Uoker-Piters üçün “Sauthempton”a 6 milyon avro təklif edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

İngiltərə təmsilçisi 27 yaşlı müdafiəçiyə görə 8 milyon avro istəyir. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilib.

Qeyd edək ki, Kayl Uoker-Piters 2020-ci ildən “Sauthempton”un formasını geyinir. O, İngiltərə millisinin heyətində iki matçda meydana çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: