Naxçıvan karateçiləri imtahan veriblər - FOTOLAR
Naxçıvan karateçiləri imtahan veriblər.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Gənclər və İdman Nazirliyinin 2 fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib.
Fevralın 2-də Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaş aralığında 40 karateçi iştirak edib.
İmtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.