AFFA rəsmiləri UEFA-dan təyinat alıblar

A- A A+

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

NUHÇIXAN-ın məlumatına görə, onlar UEFA Gənclər Liqasının matçlarında iş başında olacaqlar.

K.Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z.Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: