Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib.

NUHÇIXAN xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışın birinci günündə Azərbaycan millisinin üç üzvü rinqə çıxıb.

Yarışda 81 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Rauf Rəhimov ilk görüşündə Harş Lakra (Hindistan) ilə üz-üzə gəlib. Görüş Azərbaycan çempionunun asan qələbəsi ilə yekunlaşıb – 5:0. Həmyerlimiz səkkizdəbir finalda filippinli Jon Nobel Marvini sınağa çəkəcək. Qarşılaşma fevralın 16-da keçiriləcək.

Elnur Süleymanovun (69 kq) debütü uğurlu alınmayıb. Təmsilçimiz Delante Conson (ABŞ) ilə qarşılaşmada 0:5 hesabı ilə məğlub olub.

Qadınlardan ibarət komandamızın üzvü Məryəm Cəbrayılova (69 kq) da mübarizəni erkən dayandırıb. Təmsilçimiz Oşai Cones (ABŞ) ilə dueldə qələbə qazana bilməyib. O, 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün yığmamızın üzvlərindən Anaxanım Ağayeva (51 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq) və Kamran Şahsuvarlı (75 kq) ilk döyüşlərini keçirəcəklər. Boksçularımız müvafiq olaraq, Veronika Nosvik (Norveç), Ankuş Dhaiya (Hindistan), Keyşaun Davis (ABŞ) və Rişard Leviski (Polşa) ilə qarşılaşacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: