Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq meydana “Kəpəz” və “Neftçi” komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.
Günün ikinci matçında “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.
Qeyd edək ki, bu raundun digər görüşləri fevralın 6-da təşkil olunacaq.