“Atletiko Madrid” klubu baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə imzalayıb

A- A A+

İspaniyanın “Atletiko Madrid” klubunun rəhbərliyi hazırkı baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, 48 yaşlı argentinalı mütəxəssis 2022-ci ilədək Madrid təmsilçisini çalışdıracaq. Müqavilənin maliyyə məsələləri açıqlanmayıb.

“Atletiko Madrid” Dieqo Simeonenin baş məşqçi kimi işlədiyi altıncı klubdur. Daha əvvəl o, Argentinanın “Rasinq”, “Estudiantes”, “River Pleyt”, “San Lorenzo”, İtaliyanın “Kataniya” klublarını çalışdırıb.

Dieqo Simeone 2011-ci ildən “Atletiko Madrid”in baş məşqçisi postunda çalışır. O, klub ilə bir dəfə La Liqanın, İspaniya kubokunun və Super kubokunun, iki dəfə UEFA Avropa Liqasının və UEFA Super kubokunun qalibi olub. Mütəxəssisin rəhbərliyi ilə klub iki dəfə UEFA Çempionlar Liqasının finalında mübarizə aparıb. O, futbolçu kimi “Atletiko Madrid”in forması ilə 114 oyunda 20 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: