2030-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün dörd ölkə birgə müraciət edəcək

A- A A+

Argentina, Çili, Uruqvay və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ortaq ərizə təqdim edəcək.

NUHÇIXAN “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Çilinin prezidenti Sebastyan Pinyera bir neçə ay öncə Argentina, Uruqvay və Paraqvay prezidentlərinə mundialın birgə təşkili ilə bağlı müraciət etmişdi. O şəxsi “Twitter” hesabında bu təklifin hər üç ölkə tərəfindən qəbul olunduğunu qeyd edib.

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib.

Qeyd edək ki, 2026-cı ildən dünya çempionatında iştirak edəcək komandaların sayı 48-ə çatacaq. Yeni formatda ilk mundial ABŞ-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: