UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Guardian" qəzeti məlumat yayıb.
Belə ki, pley-off raundunda qarşılaşmalar zamanı ümumi hesab bərabər olarsa, əlavə vaxtın aradan qaldırılması mövzusu müzakirə olunur. Əlavə vaxtın aradan qaldırılması oyunlar zamanı sıx təqvimin yüngülləşdirilməsinə yardımçı olacaq.