İngiltərə Premyer Liqasında transfer dönəmlərinin tarixləri dəyişə bilər

A- A A+

Futbol üzrə İngiltərə Premyer Liqasında transfer dönəmlərinin tarixləri dəyişə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Turnirdə çıxış edən komandalar qış "transfer pəncərəsi"nin iki həftəyədək qısaldılmasını istəyirlər. Yayda isə bu prosesin mövsüm başlamadan dayandırılmasının tərəfdarıdırlar.

Premyer Liqa təmsilçiləri mövsüm start götürəndən sonra futbolçu keçidləri ilə bağlı yaranan narahatlığı minimuma endirmək niyyətindədirlər.

Ötən gün 20 klubun idman direktoru məsələni müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: