UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu müəyyənləşib

A- A A+

Fevralın 15-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusunun adı açıqlanıb.

NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Tottenhem” klubunun belçikalı müdafiəçisi Yan Vertonqen azarkeşlər arasında keçirilən sorğuya əsasən, ən yaxşı futbolçu adına layiq görülüb.

Otuz bir yaşlı müdafiəçi bu nominasiyada Marko Veratti (“Paris Sen-Jermen”), Tibo Kurtua (“Real Madrid”) və Nikolo Zaniolonu (“Roma”) geridə qoyub.

Yan Vertonqen komandasının səkkizdəbir finalda “Borussiya Dormund”u 3:0 hesabı ilə məğlub etdiyi matçda bir qol vurub və bir məhsuldar ötürmə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: