"Brayton" İngiltərə Kubokunun dördüncü raundunda evdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.
NUHÇIXAN-ın məlumatına görə, qalib komandanın qollarını Jorjinyo Rutter (12-ci dəqiqə) və Kaoru Mitoma (57) vurub.
Matçın 5-ci dəqiqəsində "Brayton"un qapıçısı Bart Verbrüqgen avtoqol vurub. “Brayton”un 5-ci raunddakı rəqibi daha sonra müəyyənləşəcək.
"Çelsi" 8 dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda son 2018-ci ildə lider olub. “Brayton” 1983-cü ildə “Mançester Yunayted”ə məğlub olaraq bir dəfə turnirin finalında çıxış edib. Keçən mövsüm kuboku “Mançester Yunayted” qazanıb, “Arsenal” isə 14 dəfə titul qazanaraq ən çox kubok rekorduna sahib olub.