Gənclərin növbəti “Qış məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 11-dən 15-dək  “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təşkil olunan “Qış Məktəbi” başa çatıb. “Qış Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq gənclər Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub,  stolüstü idman oyunları, futbol, voleybol oynayıb, “Vətəni tanı”, “Axtar tap” “Fərdi Xəmsə” və “Xəzinə axtarışı” intellektual oyunlarında öz bilik və bacarıqlarını sıyıb, günün sonunda isə gənclərə vətənpərvərlik mövzusunda filmə baxıblar.

Həmçinin, Şahbuz rayonunun “Batabat” instrumental ansamblı  konsert proqramı ilə çıxış edib.  Foto həvəskarı olan gənclərin Ağbulaq kəndi ərazisində çəkdikləri  foto şəkillərin müsabiqəsi keçirilib. Gənclər tətəfindən müxtəlif əyləncəli oyunlar, səhnəciklər təşkil olunub, On/Off videoçarxı hazırlanıb.

“Qış Məktəbi” zamanı keçirilən intellektual oyunlarda, foto müsabiqədə qalib olan , həmçinin qış məktəbində fəal iştirak edən gənclər Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Həmkarlar İttifaqları Şurasının, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən gənclərin “Qış Məktəbi”ndə 60 nəfər gənc iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: