Naxçıvan atleti ölkə birinciliyində qızıl dubl edib - FOTOLAR

A- A A+

Bakı şəhərində 2010-2011-ci il təvəllüdlü idmançıların atletika üzrə ölkə birinciliyi keçirilib. Bakı Atletika Mərkəzində reallaşan yarışa muxtar respublikadan 1 məşqçi, 5 idmançı qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, təmsilçilərimizdən yalnız biri – Namiq Babayev gözləntiləri doğruldaraq ölkə birinciliklərindəki uğurlu gedişatını davam etdirib. Yeniyetmə atlet həm 800 metr (2:13.97), həm də 1500 metr (4:44.94) məsafəyə qaçış yarışlarında qızıl medal qazanmağa müvəffəq olub.

Digər idmançılardan Ayxan Sadiqli, Elmira İsmayilova, Aysel Hüseynova və Aylin Bədəlli müxtəlif məsafələr üzrə yarışıblar. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: