Naxçıvan boksçuları ölkə birincisi olublar - FOTOLAR

A- A A+

Bakı şəhərində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Altı gün davam edən yarışda müxtəlif şəhər və rayonların klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) idmançısı qüvvəsini sınayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, birincilikdə muxtar respublika 10 idmançı, 2 məşqçi və 1 hakimlə təmsil olunub. Naxçıvan yığması 2 qızıl medal sayı ilə turniri komanda hesabında üçüncü yerdə tamamlayıb.

Təmsilçilərdən Haxverdi Həsənov (63 kq) və Turqay Abbasov (75 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Qeyd edək ki, yarışın mükafatçıları yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: