PSJ-nin hücumçusu karyerasını "Barselona"da davam etdirə bilər

A- A A+

Fransanın PSJ klubunun hücumçusu Bredli Barkola karyerasını "Barselona"da (İspaniya) davam etdirə bilər.

NUHÇIXAN "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı fransalı oyunçunu satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, B.Barkola cari mövsüm PSJ-nin heyətində meydana çıxdığı 33 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" hücumçunun dəyərini 65 milyon avro qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: