Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında bürünc medal qazanıb
NUHÇIXAN xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə (U-18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançı bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.