Cüdo üzrə Avropa kubokunun birinci günündə Azərbaycanın dörd idmançısı mübarizə aparır

A- A A+

Fevralın 16-da Romada cüdo üzrə açıq Avropa kuboku start götürüb.

NUHÇIXAN xəbər verir ki, qitə yarışının birinci günündə dörd cüdoçumuz tatami üzərinə çıxacaq. Altmış kiloqram çəki dərəcəsində Oruc Vəlizadə ilə Həmzət Zairbəyov (Rusiya), Rövşən Əliyev və Dieqo Reya qarşılaşacaqlar. Bundan başqa, Tərlan Kərimov (66 kq) Soufian Hamdoi (Mərakeş), İbrahim Əliyev isə Robert Həsənağayev (Ukrayna) ilə üz-üzə gələcək.

Əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı qitə kubokuna fevralın 17-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: