Xosep Qvardiola antirekordunu təkrarlayıb

A- A A+

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola antirekordunu təkrarlayıb.

NUHÇIXAN "StatsFoot"a istinadən xəbər verir ki, bu, "şəhərlilər"in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə İspaniya təmsilçisi "Real"a uduzması (2:3) ilə mümkün olub.

İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu mövsüm bütün turnirlərdə 12-ci dəfə uduzub. Hazırkı İngiltərə çempionu 2019/2020 mövsümündə eyni sayda məğlubiyyət almışdı.

Qeyd edək ki, "Real" və "Mançester Siti" arasında cavab qarşılaşması fevralın 19-da İspaniyada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: