"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi əcnəbi olacaq

A- A A+

Türkiyə Superliqasının XXV turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi əcnəbi olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri iddia irəli sürüb.

Qərarın qarşıdakı günlərdə açıqlanacağı bildirilib.

Hakimlər Komitəsinin Türkiyə Futbol Federasiyasının dəstəyi ilə bu qarşılaşma üçün əcnəbi hakimlərə müsbət yanaşdığı yazılıb.

Qeyd edək ki, fevralın 24-də başa tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: