“Fənərbağça” öz meydanında xal itirib

A- A A+

Futbol üzrə Türkiyə Superliqasının XXII turunun ilk görüşündə turnir cədvəlində 17-ci pillədə qərarlaşan İstanbulun “Fənərbağça” komandası öz meydanında “Konuaspor”la qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüşün 32-ci dəqiqəsində Konya təmsilçiləri meydanda azlıqda qalıblar. Hakim qonaqların hücumçusu Adis Yahoviçə qırmızı vərəqə göstərib. Lakin qonaqlar həvəsdən düşməyib və 36-cı dəqiqədə Moryke Fofananın vurduğu qolla hesabı açıblar. Meydan sahibləri isə görüşün 45-ci dəqiqəsində Jailson Sikeyranın qolu ilə hesabı bərabərləşdiriblər. Qarşılaşma elə bu hesabla da başa çatıb.

Bu bərabərlik sayəsində “Fənərbağça” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 15-ci pilləyə qalxıb. “Konyaspor” isə 34 xalla 5-ci yerdə qərarlaşıb.

Turun digər görüşündə - “Akhisar Bələdiyəspor”-“Ankaragücü” matçında qapılara qol vurulmayıb (0:0). “Bursaspor”-“Rizespor” qarşılaşmasında isə qonaqlar meydan sahiblərinin qapısından iki top keçiriblər (0:2).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: