Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"un və Cənubi Koreya millisinin futbolçusu Hvan Iy Co qeyri-etik davranışına görə 1 illik şərti cəza alıb.
NUHÇIXAN "Yonhap News"a istinadən xəbər verir ki, buna 32 yaşlı hücumçunun cinsi əlaqə zamanı qarşı tərəfin icazəsi olmadan onu videoya çəkməsi səbəb olub.
Futbolçunun sözlərinə görə, videonu sosial şəbəkələrdə qohumu yayıb və onu pula görə şantaj edib.
Qeyd edək ki, Hvan Iy Co cari mövsüm "Alanyaspor"un heyətində 17 oyunda 5 qol vurub.