“Euronews” telekanalı Bakıda keçirilən “Böyük Dəbilqə” turniri haqqında bir neçə reportaj yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, telekanal tamaşaçılara cüdo turniri ilə bağlı “Bakıda keçirilən “Böyük Dəbilqə” yarışlarının ilk günündə Yaponiya dominantlıq edir”, “Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan qızıl qazanır – triumf” və “Cüdo: Almaniya derbisi, ildırımlı qələbə və Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin üçüncü günündə Yaponiyanın qızıl medalı” adlı bir neçə reportaj təqdim edib.
Telekanal turnirin son günündə qeyd edir ki, “Böyük Dəbilqə”nin yekununda arena bir daha maraqlı döyüşlərin şahidi olmağa hazır olan həvəsli azarkeşlərlə dolub: “Bakıda keçirilən “Böyük Dəbilqə”nin final günü tamaşaçılara maraqlı finallar bəxş edilib. Yaponiya turnirin 10-cu qızılını qazandı. Mübarizə gərgin keçdi və atmosfer unudulmaz oldu. Bakı dünyanın cüdo paytaxtı statusunu bir daha təsdiqlədi”.
Qeyd edək ki, “Böyük dəbilqə” turniri fevralın 14-16-da Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan cüdoçuları yarışları beş medalla başa vurublar. Ölkəmiz turnirdə 32 idmançı ilə təmsil olunub.