Kikboksçularımızın növbəti uğuru

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Naxçıvan idmançılarının  əksəriyyətinin ilk dəfə ölkə miqyaslı yarışda iştirak etməsinə baxmayaraq muxtar respublikamıza 5 medalla qayıdırlar. Belə ki, 60 kq çəki dərəcəsində Lalə Namazlı və  81+ kq çəki dərəcəsində Məmməd Məmmədli 2- ci yerə, 51 kq çəki dərəcəsində Qənbər Nəqiyev, 67 kq çəki dərəcəsində Elnur Nuriyev, 71 kq çəki dərəcəsində Yusif Quluzadə 3-cü yerə layiq görülüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: