Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

A- A A+

Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, ölkəmizi yarışda Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcəklər.

Onlar turnirə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi ilə yollanacaqlar.

Dünya Kuboku fevralın 20-23-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: