AFFA İntizam Komitəsi U-15 Liqasında baş tutmuş "Metak" - "Səbail" oyununda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb.
NUHÇIXAN-ın məlumatına görə, oyunçuların hamısı təcavüzkar davranışa görə diskvalifikasiya ediliblər.
"Metak"dan Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov, Əli Zamanov, "Səbail"dən Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalanıblar.
"Metak"ın baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir etdiyinə görə əvvəlki cəzasının üzərinə daha 5 matç əlavə olunub.