Zinəddin Zidan “Çelsi”nin baş məşqçisi olmaq üçün iki şərt irəli sürüb

A- A A+

İspaniyanın “Real Madrid” klubunun sabiq baş məşqçisi fransız mütəxəssis Zinəddin Zidan “Çelsi” klubunu yalnız iki şəraitlə çalışdırmağa hazırdır.

NUHÇIXAN “Championat.ru” saytına istinadla xəbər verir ki, şərtlərdən biri kluba cəlb olunacaq yeni futbolçular üçün ən azı 220 milyon avro ayırmaq, ikinci şərt isə hücumçu Eden Hazardı komandada saxlamaqdır. Bir müddət öncə belçikalı futbolçu komandadan getmək istədiyini bildirmişdi.

“Çelsi” klubunun rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Maurissio Sarini istefaya göndərmək imkanlarını nəzərdən keçirir. Bu qərar klubun İngiltərə Premyer Liqasında “Mançester Siti”yə 6:0 hesablı məğlubiyyətdən sonra qəbul olunub.

Zinəddin Zidanın agenti Alen Milyaçço bildirib ki, fransalı mütəxəssis mövsümün ortasında heç bir klubla danışıqlar aparmayacaq. Razılaşma yalnız yayda ola bilər.

2016-2018-ci illərdə “Real Madrid” Zidanın rəhbərli ilə İspaniya çempionu olub və üç dəfə ardıcıl UEFA Çempionlar Liqası kubokunu qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: