"Fənərbağça" "Anderlext"lə heç-heçə edərək 1/8 finala vəsiqə qazanıb

A- A A+

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olub. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.

Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirib, evdə "Anderlext"i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıyıb. "Bülbüllər" bu raundda ya Yunanıstanın "Olimpiakos", ya da Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: