Daha üç boksçumuz Avropa birinciliyində mərhələ adlayıb

A- A A+

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb. Onların hər üçü döyüşünü qələbə ilə başa vurub.

NUHÇIXAN xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. N.Səfərov 1/8 finalda rusiyalı Kaqir Minatullayevlə üz-üzə gələcək.

Zaur Musayev (81 kq) də ilk qarşılaşmasını qələbə ilə başa vurub. O, 1/8 finalda Damyan Zavieruşinskini (Polşa) texniki nokautla mübarizədən kənarlaşdırıb. Boksçumuz növbəti görüşünü rusiyalı Ruslan Kolesnikova qarşı keçirəcək.

Yarışda 91 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İsmayıl Yaqubov isə 1/4 finala gedən yolda Viktor Yurkla (Almaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. O, aprelin 22-də olacaq ikinci görüşündə İqor Fedorovla (Rusiya) mübarizə aparacaq.

Qeyd edək ki, yığmamız Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: