Sərbəst güləş üzrə yığmamız Kislovodskda təlim-məşq toplanışını davam etdirir - FOTOLAR

A- A A+

Sərbəst güləş üzrə yığmamız Rusiyanın kurort şəhəri Kislovodskda təlim-məşq toplanışını davam etdirir.

NUHÇIXAN xəbər verir ki, fevralın 14-dən qonşu ölkədə hazırlıq keçən millimiz gündə 3 dəfə məşqə çıxır. On beş günlük toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Yüklənmə fonunda məşqləri davam etdirən güləşçilərimiz həftədə 2 dəfə xalça üzərində də hazırlıq keçirlər.

Xatırladaq ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun sərəncamında 16 güləşçi var. Nümayəndə heyətinə Azərbaycan Gükəş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: