"Barselona"nın futbolçuları yeni hücumçu alınmasını istəyirlər

A- A A+

İspaniyanın "Barselona" klubunun futbolçuları Pedri və Lamin Yamal yeni hücumçu alınmasını istəyirlər.

NUHÇIXAN "El Nacional" nəşrinə istinadən xəbər verir ki, onlar komandaya topla oynamaqda kömək edəcək forvardın heyətə cəlb olunmasını tələb edirlər.

Hər ikisi pressinq qabiliyyətinə malik futbolçunun hücumda daha təhlükəli ola biləcəyini söyləyiblər.

Kataloniya təmsilçisinin rəhbərliyi bu mövqe üçün iki oyunçunu nəzərdən keçirir. Bunlar İtaliyanın "Yuventus" komandasından Duşan Vlahoviç və İngiltərənin "Nyukasl" klubundan Aleksandr İsakdır. Bunun "Barselona"nın hazırkı hücumçusu Robert Levandovskinin ambisiyalarına ciddi zərbə ola biləcəyi də bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: