İngiltərənin "Mançester Siti" klubu "Portu"nun (Portuqaliya) qapıçısı Dioqu Koştanı transfer etmək istəyir.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper komandanın əsas qapıçısı Edersonun əvəzləyicisi kimi heyətə cəlb oluna bilər.
Portuqaliya millisinin üzvünün potensial dəyəri 40 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, D.Koşta cari mövsümdə "Portu"nun heyətində 23 oyun keçirib, 19 qol buraxıb. O, 12 matçda qapısını toxunulmaz saxlayıb.