Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

A- A A+

Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

NUHÇIXAN Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.

Heyətdə Rəhman İmanov (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Murad Haqverdiyev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Fərid Cabbarov (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Sadiq Mustafazadə (92 kiloqram), Abdulcəlil Şabanov (97 kiloqram), Yusif Dursunov (125 kiloqram) yer alıblar.

Daha sonra mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Yığmanın heyətində Əsmər Canqurtaran (50 kiloqram), Elnurə Məmmədova (50 kiloqram), Nərgiz Səmədova (67 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Hiunai Hurbanova (59 kiloqram), Birgül Soltanova (62 kiloqram), Ruzanna Məmmədova (65 kiloqram), Zəhra Kərimzadə (72 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Yarışın son günlərində yunan-Roma güləşçiləri qüvvəsini sınayacaqlar. Xalça üzərinə Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kiloqram), Hüseyn Qəribov (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Cocu Səmədov (87 kiloqram), Aqil Musayev (97 kiloqram), Ayxan Mərdanov (130 kiloqram) çıxacaqlar.

Qeyd edək ki, 429 güləşçinin iştirak edəcəyi Avropa çempionatı martın 8-dən 14-dək təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: