KİV: “Real” Vinisiusu Səudiyyə klubuna 240 milyon avroya satmağa hazırdır

A- A A+

İspaniya futbol klubu “Real Madrid”in rəhbərliyi braziliyalı hücumçu Vinisiusu Səudiyyə Ərəbistanından olan kluba futbolçunun öz razılığı ilə satmağa hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına əsasən, 24 yaşlı Vinisiusa Səudiyyə Ərəbistanının suveren fondu olan “Public Investment Fund” (PIF) tərəfindən idarə olunan komandalardan birinə keçid təklif olunacaq. Qeyd edilib ki, futbolçunun komandası tərəflər arasında müqavilə barədə razılığa gəlindikdən sonra müəyyənləşdiriləcək.

Nəşrə görə, potensial transfer 2025-ci ilin yayında baş verə bilər və onun məbləği 240 milyon avrodan çox olacaq. Bu keçid futbol tarixində rekord olacaq. Hazırda bu göstəricidə liderlik braziliyalı hücumçu Neymarın 2017-ci ilin yayında İspaniyanın “Barselona” klubundan Fransanın “Pari Sen-Jermen” klubuna transferi ilə əldə olunub. “Transfermarkt” portalına görə, bu razılaşma Paris klubuna 222 milyon avroya başa gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: