"Milan" klubunun futbolçusu Rafael Leau İtaliya təmsilçisinin sabiq üzvü Kakanın uğurunu təkrarlayıb.
NUHÇIXAN "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna A Seriyasının IX turundan təxirə salınmış "Bolonya" ilə matçda fərqlənməklə nail olub.
Portuqaliyalı forvard Kakadan sonra komandada İtaliya çempionatında ardıcıl 6 mövsümdə beşdən çox qol vuran ilk futbolçu olub. "Rossenerilər"də bu nəticəyə sonuncu dəfə 2003-2009-cu illər aralığında braziliyalı oyunçu nail olub.
Qeyd edək ki, "Milan" səfərdə "Bolonya"ya 1:2 hesabı ilə uduzub.