Babək, Culfa və Şahbuz rayonlarında “Sağlam məhəllə” salınacaq

A- A A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsinin muxtar respublikanın Babək, Culfa və Şahbuz rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlər nəticəsində il sonuna kimi muxtar respublikanın bütün bölgələri daxil olmaqla, əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının ümumi sayı 22-ə yüksələcək. Hazırda mövcud say 8-dir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxcıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsinə müvəqqəti icra edən Məcid Seyidov 2024-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, muxtar respublikanın idman infrastrukturunun gücləndirilməsi ilə bağlı paralel addımlar da atılmaqdadır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasında özəl investisiya cəlb olunmaqla yenidənqurma işləri həyata keçirilib və ötən ilin noyabrında əhalinin istifadəsinə verilib.

“Culfa rayon mərkəzində də özəl investisiya hesabına universal qapalı idman obyektinin inşası üçün ilkin işlərə başlanılıb. Həmçinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi təklif olunan Babək, Şahbuz və Ordubad rayonlarında idman obyektlərinin tikilməsi barədə əsaslandırılmış layihələr aidiyyəti quruma göndərilib", - deyə Məcid Seyidov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: