Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.
NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.
Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.
Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.