FIFA DÇ-2030-da 64 komandanın iştirakını nəzərdən keçirir

A- A A+

FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatının iştirakçılarının sayını 64 komandaya çatdırmaq variantını nəzərdən keçirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

İddiaya görə, bunun mundialın 100 illik yubileyi ilə əlaqədar gerçəkləşmək ehtimalı var. 2030-cu ildəki yarış 6 ölkədə təşkil olunacaq. Əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcəklər.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada 48 komandanın iştirakı ilə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: