İndoneziya 2032-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

A- A A+

İndoneziya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İndoneziyanın Antara informasiya agentliyi məlumat yayıb.

İndoneziya ötən il Asiya Oyunlarının uğurlu təşkilindən sonra 2032-ci ildəki olimpiadaya ev sahibliyi etmək qərarına gəlib. Bu ölkənin İsveçrədəki səfiri Muliaman Hadad Beynəlxalq Olimpiya Komitəsinə (BOK) İndoneziya Prezidenti Coko Vidodonun adından məktub təqdim edib. O bildirib ki, BOK 2018-ci ildə Asiya Oyunlarından və Asiya Paralimpiya Oyunlarından sonra İndoneziyanın təşkilatçılıq qabiliyyətinə bələd olub.

Xatırladaq ki, Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası da 2032-ci ildəki olimpiadaya birgə ev sahibliyi ilə əlaqədar müraciət etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: