İdmançımız Türkiyədə kəmər döyüşünün qalibi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində IMAO – Beynəlxalq Döyüş Sənətləri Təşkilatı və Dünya KBN Döyüş Sənətləri Federasiyası tərəfindən beynəlxalq turnir təşkil olunub. 

14 ölkədən idmançıların qatıldığı yarış çərçivəsində KBN kəməri uğrunda döyüşlər də keçirilib. Şərurdan olan idmançı Alişan İsmayılov boks üzrə 60 kq çəki dərəcəsində çıxış edib. 

Rusiya təmsilçisi ilə görüşdən üstünlüklə ayrılan idmançımız kəmərin sahibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: