Ötən il Naxçıvan şəhərində 120-yə yaxın idman yarışı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində bədən tərbiyəsinin inkişafı, idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Müşavirədə Naxçivan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, muxtar respublikamızın paytaxtı beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ötən il Naxçıvan şəhərində 3 Beynəlxalq festival və turnir, 53 muxtar respublika, 62 şəhər çempionatı, turnir və birinciliyi keçirilib. İdmançılardan 137-si beynəlxalq və Azərbaycan, 371-i muxtar respublika birinciliklərində iştirak edərək müvafiq yerlərə layiq görülüblər.

Naxçıvan şəhərində idmanla 9875  uşaq və gənc məşğul olur. Onların 7015-i oğlan, 2860-ı qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 97-si idmanla məşğul olur,- deyən icra başçısı 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən   müşavirənin qarşıya qoyduğu vəzifələrdən danışıb.

Mirsənani Seyidov Naxçıvan şəhərində bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması üçün aid qurumlara müvafiq tapşırıqlar verib.

Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Naxçıvan şəhərində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti barədə məlumat verib.

Hərbi vətənpərvərlik sahəsində keçirilən “Şahin” və “Sərhəd” hərbi-idman oyunlarının Naxçıvan Muxtar Respublika zona birinciliyində komandalarımız muxtar respublika üzrə 1-ci və 2-ci yerlərə layiq görülüb. “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışında muxtar respublika birincilinin qalibi olan komandamız isə Azərbaycan birinciliyinin final mərhələsində də bütün rəqiblərini geridə qoyaraq 1106 xalla ölkə birincisi olub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru Ramin Talıbov çıxışında bildirib ki,  kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olması üçün İlham Əliyev adına Olimpiya İdman Kompleksində və Üzgüçülük Mərkəzində maddi-texniki baza əvvəlki illərlə müqayisədə daha da güclənib.

Bildirib ki, hazırda kompleksdə ümumilikdə 1277 nəfər idmanla məşğul olur. Üzgüçülük mərkəzində 2 oğlan, 2 qız quruplarında 200 idmançı mərkəzin müəllimləri tərəfindən üzgüçülüyün sirlərinə yiyələnir.

Müşavirədə aid qurumların rəhbər və nümayəndələri, şəhər tam orta ümumtəhsil və idman məktəblərinin direktorları iştirak ediblər.

Sonda  nailiyyətlər qazanan idmançılara hədiyyələr təqdim olunub.

 

                                                                 Əbülfəz Dünyamalıyev

        

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: