Azərbaycan boksçusu Monteneqrodakı turnirin qalibi olub

A- A A+

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Turnirin son günündə Zidan Hümbətov (54 kiloqram) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.

Ondan öncə Banuçiçək Nəsirli (48 kiloqram), Özləm Həsənova (66 kiloqram) və İlkanə Əhmədova (+81 kiloqram) bürünc medala yiyələniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: