Naxçıvan idmançıları Bakıda keçirilən MMA turnirində uğurla çıxış ediblər - FOTOLAR

A- A A+

“Zeyd” Döyüş Mərkəzinin uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında I MMA turniri keçirilib. Bakı İdman Sarayında 3 gün davam edən yarışda 62 klubu təmsil edən 459 idmançı iştirak edib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Turan” Döyüş Klubunun baş məşqçisi Xəyal Abdullayevin rəhbərliyi ilə Naxçıvandan yarışa 15 idmançı qatılıb. Klub idmançıları 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla, ümumilikdə 11 medal əldə ediblər. Bu göstərici ilə “Turan” yekun komanda sıralamasında yüksək nəticə göstərən 4-cü klub olub.  

Təmsilçilərimizdən Nurəddin Əliyev (39 kq) 2008-2009-cu il, Əli Əbilov (42 kq) 2012-ci il, Rəhim Quluzadə (38 kq) 2010-2011-ci il, İsmayıl Hüseynzadə isə (85 kq) 2008-2009-cu il təvəllüdlülər arasında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: