UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”

A- A A+

Fevralın 20-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinın daha iki oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, günün mərkəzi qarşılaşması Madriddə baş tutacaq. “Atletiko” “Metropalitano” stadionunda İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. İkinci qarşılaşmada isə İngiltərə çempionu “Mançester Siti” səfərdə Almaniyanın “Şalke” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

“Atletiko Madrid”in müdafiəçi Lukas Hernandes, yarımmüdafiəçi Koke və hücumçu Dieqo Kosta zədəlidir. “Yuventus”da isə müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Duqlas Kostanın meydana çıxması sual altındadır.

“Şalke” komandasında isə müdafiəçi Omar Maskarel cəzalı, yarımmüdafiəçilər Benjamen Stambuli və Alessandro Şöpf, eləcə də hücumçu Brel Embolo zədəlidir. Qonaqların heyətində qapıçı Klaudio Bravo və müdafiəçilər Vensan Kompani ilə Benjamen Mendi eyni səbəbdən oyunda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşlər “CBC Sport” və İdman Azərbaycan kanallarında canlı yayımlanacaq.

Komandalar arasında cavab görüşləri martın 14-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: